UEFA Avropa Liqasındakı “Makkabi” rüsvayçılıqğından sonra istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün bir araya gələcək.
Korner.az-ın məlumatına görə, istirahətə buraxılan futbolçuslar Lənkəranda bir araya gələcək və yeni mövsümün hazırlıqlarına start verəcək.
Məhz bugünkü toplanışda Toşakın və rəhbərliyin futbolçulara xəbərdarlıq edəcəyi bildirilir.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk turda “Sumqayıt”la qarşılaşacaq. Sumqayıt İdman Mərkəzinin stadionu tam hazır olmadığından, avqustun 4-də keçiriləcək görüşün harada baş tutacağı hələ ki, bəlli deyil.
