Topaz Premyer Liqasının XIX turunda "Qarabağ"ı udan (1:0) "Xəzər Lənkəran" ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Lənkəran klubunun əsas qol silahlarından biri olan Mbilla Etame zədələnib.
Start heyətində yer alan kameunlu futbolçu 79-cu dəqiqədə zədələnib. Mbilla meydanı xərəkdə tərk edib və onu Junior Nildo əvəzləyib. Futbolçunun zədəsi ciddidi və bir müddət oynaya bilməyəcək.
