AZAL-la oyuna hazırlaşan “Xəzər Lənkəran”ın heyətində 3 zədəli futbolçu var.
Korner.az-ın məlumatına görə, Rasim Ramaldanov, Rahid Əmirquliyev və Elnur Abdullayev hazırda zədədən əziyyət çəkir.
“Neftçi” ilə oyunun əvvəlində zədələnən Rasim Ramaldanovun müalilicəsi davam edir. Millinin üzvü hələ 3 həftə də müalicə olunacaq.
“Qəbələ” matçında əzələsini dartan kapitan Rahid Əmirquliyev ən azı 2 həftə oynaya bilməyəcək. Elnur Abdullayevin durumu isə nisbətən yaxşıdı. Dünənki məşqdə yüngül qaçışla kifayətlənən futbolçu AZAL matçını buraxsa da, növbəti turda meydanda olacaq.
