Mustafa Dənizlinin gəlişi ilə yeni səhifə açan “Xəzər Lənkəran” klubu mətbuat nümayəndələri üçün də əlavə imkan yaradıb.
Korner.az-ın məlumatına görə, artıq komandanın televiziyası da fəaliyyətə başlayıb.
“Xəzər Lənkəran Tv” adlanan online televiziyada klubla bağlı məlumatlar yayımlanacaq. Həmçinin sabah Mustafa Dənilzinin rəhbərliyi ilə baş tutacaq məşq prossesinin ilk 15 dəqiqəsi “Xəzər Lənkəran Tv” vasitəsilə canlı yayımlanacaq.
