“Xəzər Lənkəran” “İnter”lə oyunun hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunun süni meydançasında məşqə çıxan komandaya əvəzedici heyətdən iki futbolçu qoşulub.
Belə ki, baş məşqçi Mustafa Dənizli bir müddət əvəzedici heyətə göndərilən Uğur Pamukla Kazım Kazımlını geri qaytarıb. Əvəzində Ağabala Ramazanov əvəzedici komandaya göndərilib.
