Vətənə borclarını yerinə yetirmək üçün hərbi xidmətə yollanmış “Xəzər Lənkəran”ın iki gənc futbolçusu Tərlan Qasımzadə və Kamran Abdullazadə doğma şəhərə dönürlər.
Korner.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisinin bildirdiyinə görə, hərbi xidmətdə ikən I dəstə təmsilçisi MOİK klubunun fomasını geyən gənc futbolçuların “Xəzər Lənkəran”a icarəyə verilib. Artıq bütün sənədləşmə işləri yekunlaşıb və icarə əsasında “ağ-yaşıl” kluba qayıdan Kamran Abdullazadə ilə Tərlan Qasımzadə hərbi hissəni tərk edib.
12cioyuncu.info
