“Xəzər Lənkəran” Topaz Premyer Liqanın 26-cı turunda “İnter”lə oyun ciddi itki ilə çıxacaq.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 4 sarı vərəqə səbəbindən cəzalı duruma düşən Orxan Sadıqlı və müqavilə ilə “ İnter” klubuna məxsus olan Tural Qürbətov qarşılıqlı anlaşma səbəbindən komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu martın 20-i saat 13:30-da başlayacaq.
