UEFA Avropa Liqası I təsnifat mərhələsinin “Slima” – “Xəzər Lənkəran” qarşılaşmasının ilk oyunundan sonra Maltada qalan “Xəzər Lənkəran” dünən vətənə dönüb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Maltada oyundan sonra qalaraq daha 5 gün hazırlıq keçən və bir yoxlama oyununa çıxan komanda dünən Malta-Bakı çarter reysi ilə birbaşa vətənə qayıdaraq vaxt itirmədən Lənkərana yola düşüb.
Axşam saatlarında Lənkəranda ilk məşqini keçirən “Xəzər Lənkəran” bu gün daha iki məşqə çıxacaq. Səhər məşqində bütün heyət hazırlığa qatılıb və zədəli futbolçular daxil olmaqla əsgəri xidmətini başa vuran Ağabala Ramazanov və millidən dönən Kamran Abdullazadə də komanda ilə birgə “Slima” ilə cavab oyununa ciddi səylə hazırlaşırlar.
