Premyer Liqanın XXX turunda səfərdə “İnter”lə oyundan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” komandası mayın 1-də Lənkərana qayıdıb. Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar" 18:30-da tam heyətlə ehtiyat meydançada məşq edib.
Sadəcə zədəli Antonio Semedo əməliyyat olunduğundan hazırlıq prossesinə qatılmayıb.