Qış fasiləsində Antalyada təlim – məşq toplanışında olan “Xəzər Lənkəran” komandası növbəti itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Orxan Sadıqlıdan sonra cənubluların heyətinə millimizin üzvü Rasim Ramaldanov da zədələnib.
Hər iki futbolçu Ankaraya göndərilib. Orxan orada əməliyyat olunacaq. Dizində ağrıları olan Ramaldanovun durumuna isə tibbi müayinədən sonra aydınlıq gələcək.
