"Yeni məşqçi gəlməmiş yazırlar ki, təcrübəsizdi".
"Xəzər Lənkəran" klubu daha bir yeniliyə imza atır.
Korner.az-ın məlumatına görə, Cənub klubu bundan sonra 6 aydan bir mətbuat konfransı keçirəcək.
Komandanın vitse-prezidenti Tuyqun Nadirov ildə iki dəfə baş tutacaq mətbuat konfransının keçirilmə səbəblərini belə əlaqələndirib:
"Xəzər Lənkəran"ın durumundan asılı olmayaraq, hər 6 aydan bir mətbuat konfransı keçirəcəyik. Qoy, bütün azarkeşlər, media nümayəndələri, bilmək istədiklərini bilsin. Kimsə yalan informasiya yazmasın.
Artıq bunun bir neçə dəfə şahidi olmuşuq. Yeni məşqçi gəlməmiş yazırlar ki, təcrübəsizdi. Halbuki, Bakes məşqçilərə dərs keçmiş adamdı, professordu".
