Topaz Premyer Liqasının 28-ci turunda “İnter”lə üz-üzə gələcək “Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “ağ-yaşıllar” növbəti turda meydana Sadio Tounkara və Alfred Sankosuz çıxmalı olacaq.
Buna səbəb isə hər iki futbolçunun cəzalı duruma düşməsidi. Sanko “Sumqayıt”la oyunun 82-ci, Tounkara isə 45-ci dəqiqəsində cəzalanaraq sarı vərəqə limitini doldurub.
