Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sumqayıt” üzərində səfər qələbəsindən sonra “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb.
Korner.az-ın məlumatına görə, komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq Zaqatalanın “Simurq” klubu ilə görüşün hazırlığına start verib.
Hazırda Cahangir Həsənzadə, Ağabala Ramazanov və Uğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmirlər və qarşıdakı matçda komandaya kömək edə bilməyəcəklər.
“Xəzər Lənkəran” bu gün saat 16.00-da oyun öncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayacaq.(klub saytı)
