Premyer Liqanın 32-ci turunda “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu matçda ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı müdafiəçilərindən olan Rasim Ramaldanov “Qəbələ” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Məhz buna görə də, Ramaldanov “Bakı” ilə baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.
“Qəbələ” ilə matçda matçda qırmızı vərəqə alan Elvin Mirzəyev də “Bakı” ilə oyunda meydana çıxa bilməyəcək.
