Türkiyənin Antalya şəhərində toplanışını başa vurandan sonra vətənə qayıdan "Xəzər Lənkəran" Bakıda "Modern" otelində məskunlaşmışdı.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllı" klub bu gün səhər məşqindən sonra cənuba doğru hərəkət edəcək.
Bakı “İnter”lə oyuna hazırlaşan Lənkəran klubu ciddi itki ilə üzləşib. Komandanın aparıcı üzvlərindən Saidu Tounkara zədələnib.
Malili futbolçu hazırda kollektivlə məşq edə bilmir. Onun “İnter” matçında meydana çıxıb-çıxmayacağı sual altındadı.