Bu gün səhər saatlarında Bakı şəhərini tərk edən “Xəzər Lənkəran” Bakı-İstanbul, İstanbul- Münhen aviareysləri ilə mənzil başına çatıb.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda təlim-məşq toplanışını keçirəcəyi Bavariya vilayətinin Misbah şəhərciyinə qədər olan məsafəni avtobusla qət edərək 1 saatlıq yoldan sonra Bakı vaxtı ilə saat 15-də oteldə yerləşib.
Sabah saat 10:00-da ilk məşqinə çıxacaq “Xəzər Lənkəran” hazırlığa start verəcək.
Xatırladaq ki, hazırda komanda düşərgəsinə braziliyalı qapıçı Duqlas Leyte baxışa gəlib və onun haqqında yekun qərarı hazırlıq müddətində məqşçilər korpusu qərar verəcək.