“Xəzər Lənkəran”da apreldən başlayaraq aşağı yaş qruplarında çıxış edən futbolçular arasında “Ayın ən yaxşısı” seçilməyə başlanılıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ay ərzində hər bir yaş qrupunda qrup məşqçilərinin təqdimatı əsasında özünü yaxşı tərəfdən göstərən futbolçular bu ada layiq görüləcək
Onlarla ayrı-ayrılıqda görüşərək, müsahibə alınacaq və bu, klubunun rəsmi saytında təqdim olunacaq. Bundan başqa, fərqlənən futbolçulara hədiyyələr də veriləcək. Apreldə “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında “Ayın ən yaxşısı” seçilən futbolçular bunlardır:
2002-ci il təvəllüdlü yaş qrupu ( 11 yaş) – Şirxan Həsənzadə
2000-ci il təvəllüdlü yaş qrupu ( 13 yaş) – Tural Bayramov
1999-cu il təvəllüdlü yaş qrupu (14 yaş) – İbrahim Qədirzadə
1998-ci il təvəllüdlü yaş qrupu ( 15 yaş) – Tural İsmayıllı
1997-ci il təvəllüdlü yaş qrupu (16 yaş) – Əli Əliyev
1996-cı il il təvəllüdlü yaş qrupu (17 yaş) – Qurban Hüseynov
