Son üç gündür məşqlərini paytaxtda davam etdirən “Xəzər Lənkəran” dünən doğma şəhərə dönüb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, komanda qısa fasilədən sonra axşam məşqini Lənkərandakı bazasında keçirib.
Uğur Pamuk və Rəşad Sadiqovla yanaşı Ağabala Ramazanov da zədə səbəbindən hazırlıqda iştirak etməyib.
Komandanın bu gün və sabah məşqi olacaq.
