Avstriyada təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" artıq Bakıdadır. Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, saat 17:00-da paytaxta gələn Cənub təmsilçisinin iki günə Lənkərana gedəcəyi bildirilir.
Avropa Liqasında ölkəmizi təmsil edəcək "Xəzər Lənkəran"ın transfer bazarında fəallıq göstərməsə də, komandaya yeni oyunçuların qoşulacağı bildirilir. Bu barədə saytımıza klubun icraçı direktoru Höccət Hacıyev deyib. Hacıyev: "Hal-hazırda danışıqlar apardığımız bir neçə futbolçu var. Lakin ad açıqlaya bilməyəcəm. Bir neçə günə hər şeyə aydınlıq gələcək" – deyə bildirib.