“Xəzər Lənkəran” “Slima”nı məğlub etməli idi. Komandaya xərclənən o qədər pul qarşılıqında Malta klubunu yenmək lazım idi”.
Bu sözləri Korner.az-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər deyib.
Türkiyəli mütəxəssis “Xəzər Lənkəran”ın Avroliqa matçında səfərdə qazandığı qollu heç-heçəni uğurlu sayır və mərhələ adlamaq üçün yaxşı nəticə olduğunu bildirdi:
“İki komandanı yan-yana qoyanda fərqi görmək olur. Tək bir şey “Xəzər Lənkəran” üçün yaxşı oldu. Səfərdə qol vurub, heç-heçə etmək avrokubok matçlarında yaxşı nəticədi. Ancaq mən sabiq komandama güvənirəm və əminəm ki, ikinci oyunda cütün taleyini həll edəcəklər. İki oyunun cəminə görə, “Xəzər Lənkəran” növbəti mərhələyə adlayacaq”.
