AZAL yay fasiləsində ilk transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “təyyarəçilər” Qərib İbrahimovu heyətinə qatıb. “Simurq”dan ayrılan 25 yaşlı futbolçu AZAL-la 1 illik müqavilə bağlayıb.
Qərib 2009-2010 mövsümündə “Turan”da çıxış edib. Son üç ildə “Simurq”un formasını geyinən yarımmüdafiəçi (79 oyun) cari mövsümdə 22 Premyer Liqa oyununa çıxıb.