Lənkərana gəlmiş futbolçu narkotik alverçisi çıxdı
UEFA Avropa Liqasının birinci turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşan Estoniya milli komandasının və “Nomme Kalyu” klubunun futbolçusu Oliver Konsa həbs olunub.
Korner.az-ın məlumatına görə, 27 yaşlı hücumçu narkotik maddələrin qanunsuz dövriyyəsində iştirakda şübhəli bilinir.
Məsələdən agah olan "Nomme Kalyu" klubu isə müqaviləni futbolçu ilə dayandırıb.
Qeyd edək ki, hücumçu Lənkərandakı ilk matçda (2:2) 85-ci dəqiqədə meydana daxil olub, Tallindəki cavab görüşündə (0:2) isə 90 dəqiqə çıxış edib.
