Premyer Liqanın ikinci turunda "Kəpəz" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub və 0:4 hesabı ilə məğlub olub. Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Fuad İsmayılov məğlubiyyətə əsas səbəb müdafiədə buraxdıqları səhvi göstərib:
“Bu gün müdafiədə buraxdığımız səhvlər ucbatından məğlub olduq. Gələcək oyunlarda daha yaxşı oyun göstərməyə çalışacağıq. Azərbaycanın ən güclü komandalarından olan “Xəzər Lənkəran”a qarşı oynadıq. Onlara da gələcək qarşılaşmalarda uğurlar arzulayıram”.