Növbəti oyuna Bakıda hazırlaşan “Xəzər Lənkəran” istirahətə çəkilib.
Korner.az-ın məlumatına görə məlumata görə, AZAL ilə yoxlama oyunundan sonra komanda qısa müddət istirahət edəcək. “Xəzər Lənkəran” yenidən sabah saat 15:00-da toplanacaq. Ardınca isə cənublular “Dalğa Arena”da məşqə çıxacaq. Hazırlıq prossesində zədəlilər və mili komandaların düşərgəsində olan futbolçular iştirak etməyəcəklər.
Qeyd edək ki, AZAL-la yoxlama oyununda “Xəzər Lənkəran”ı kapitan sarğısı ilə meydana çıxaran, rəqib futbolçu ilə toqquşma zamanı qarın nahiyəsindən zərbə alaraq zədələndikdən sonra əvəzlənən Elnur Abdullayevin zədəsi bir o qədər də təhlükəli deyil. Bu isə o deməkdir ki, futbolçu qarşıdakı çempionat oyunlarında komandaya kömək edə biləcək.(12cioyuncu.info)
