Dünən "Xəzər Lənkəran"la rəsmi müqavilə imzalayan Gökhan Güləç Lənkəran təmsilçisinə keçidi ilə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan 27 yaşlı hücumçu "Xəzər Lənkəran"a çempion olmaq üçün gəldiyini bildirib:
"Azərbaycanın ən böyük klublarından birinə getdiyimi bilirəm. Lənkərana çempion olmaq üçün gəlmişəm. Düzdür, çətin olacaq. Ancaq bunu gerçəkləşdirəcəyimizə inanıram".
Qeyd edək ki, "Beşiktaş"ın sabiq futbolçusu ötən gün "Xəzər Lənkəran"la iki illik müqavilə imzalayıb.
