Premyer Liqanın XXIII turunda Bakıda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” dünəndən etibarən paytaxtda məskunlaşıb.
Korner.az-ın məlumatına görə, bu gün komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşqə çıxıb.
1 saat 20 dəqiqə davam edən hazırlıqda zədə səbəbindən Rasim Ramaldanov və Rahid Əmirquliyev iştirak etməyib. Elnur Abdullayev isə ağrı səbəbindən yüngül qaçışla kifayətlənib. “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxaraq matç saatını gözləyəcək.
