"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bu postda avrokuboklarda debüt edəcək. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, karyerası ərzində başqa klubla qitə kuboklarında çıxış etmiş mütəxəssis klubu Avropa arenasında təmsil edəcək 4-cü çalışdırıcı olacaq.
İndiyədək 5 dəfə avrokuboklarda oynamış "Xəzər Lənkəran" bu turnirlərə 3 müxtəlif baş məşqçi ilə yollanıb. İlk cəhddə Rasim Karanın başçılığı altında uğursuzluq yaşayan komanda sonrakı 3 turnirdə Ağasəlim Mircavadovla iştirak edib. Türkiyəlidən fərqli, yerli mütəxəssislə daha yaxşı çıxış edən cənublular onun başçılığı altında 3 xal qazana bilib.
Son cəhddə – ötən mövsüm yenidən əcnəbi mütəxəssislə Avropaya gedən "Xəzər Lənkəran" Mirça Redniklə də 1 xal qazana bilib. Klubu Avropaya aparacaq 2-ci yerli, ümumilikdə isə 4-cü mütəxəssis olacaq Hüseynovun qitə kuboklarında 4 oyunu var. O. "Karvan"da çalışdığı vaxt UEFA kubokunda tarix yazıb. Bu turnirdə ilk dəfə mərhələ adlayan Azərbaycan klubuna rəhbərlik edən Hüseynov Slovakiya "Spartak"ı üzərində 1:0 hesablı 2 qələbənin memarı olub. Növbəti mərhələdə isə onun yetirmələri güclü "Slaviya"dan səfər xalı ala bilib – 0:2, 0:0.
№ Baş məşqçi mövsüm O Q H M T X
1. Ağasəlim Mircavadov 3 6 0 3 3 4-10 3
2. Mirça Rednik 1 2 0 1 1 1-3 1
3. Rasim Kara 1 2 0 0 2 2-5 0