Türkiyənin "Karabükspor" klubu baş məşqçisi Michael Skibbe ilə yollarını ayırıb. Korner.az-ın məlumatına görə, son turlarda komandanın göstərdiyi nəticələrə Karabük rəhbərliyini razı salmayıb və Skibbe istefaya göndərilib.
Artıq bu posta kimin gətiriləcəyi də, məlumdur. Belə ki, adı "Xəzər Lənkəran"la birgə hallanan Mətin Diyadinin "Karabükspor"un baş məşqçisi olacağı deyilir.
