Premyer Liqada yaranan fasilədən maksimum istifadə etməyə çalışan komandalarımızdan biri də “Xəzər Lənkəran”dır.
Xəbər verdiyimiz kimi, cənub təmsilçisi təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində həyata keçirəcək.
Korner.az-ın məlumatına görə, cənub klubunun Antalyaya baş tutacaq səfər günü də məlum olub. Belə ki, təmsilçimiz legionerlər istisna olmaqla yanvarın 5-i Bakıda toplaşacaq və gecə saatlarında Antalyaya gedəcək. Əcnəbi futbolçular isə birbaşa Türkiyəyə gələrək komandanının təlim məşq toplanışına qoşulacaq. “Xəzər Lənkəran”ın toplanış çərçivəsində reallaşacaq yoxlama görüşlərindəki rəqiblərinə yaxın günlərdə aydınlıq gələcək.
