“Xəzər Lənkəran” bu gün Xocalı soyqırımı qurbanlarını yad edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lənkəran təmsilçisinin futbolçulardan və inzibati işçilərindən ibarət heyəti Ana Fəryadı heykəli qarşısına əklil qoyaraq bu qanlı faciənin 21-ci ildönümündə də Xocalı şəhidlərini unutmadıqlarını ifadə ediblər. Yerli məşqçilər legioner futbolçuları faciə haqında məlumatlandıraraq, onlara həmin hadisələrin təfərrüatlarını danışıblar.