Dünən Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınan “Xəzər Lənkəran”-“Simurq” matçını izləyınlər arasında bir sıra tanınmış futbol adamları da olub.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov, “Simurq”un prezidenti Anar Bəkirov, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov, millimizin qapıçısı Kamran Ağayev matçı canlı olaraq, stadiondan izləyiblər.
Lakin diqqətləri daha çox çəkən Beynəlxalq Bankın prezidenti və Bakının “İnter” klubunun sahibi Cahangir Hacıyevin də fəxri tribunadan oyunu izləməsi olub.
Qeyd edək ki, “İnter”lə “Simurq” arasındakı isti münasibətlərdən mətbuat zaman-zaman yazır və günü bu gün də bu iki klubu “qardaş klublar” hesab edənlərin sayı az deyil.