Sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına çıxacaq “Qarabağ” və “Xəzər Lənkəran”ın II mərhələdəki rəqibləri klublarımızın oyununa “casus” göndərməyəcək.
Korner.az-ın məlumatına görə, buna səbəb “Qarabağ”ın potensial rəqibi “Piast” (Polşa) və “Xəzər Lənkəran” “Sliema” səddini keçəcəyi halda üzləşəcəyi “Makkabi”nin (Hayfa) baş məşqçiləri klublarımızın səfər matçlarını izləyiblər. İlk oyundakı nəticələr klublarımızın xeyrinə olduğundan elə mərhələ adlamağa ən yaxın tərəf də, bizimkilərdi. Məhz buna görə, klublarımızın növbəti mərhələdəki rəqibləri nə Bakıya, nə də Lənkəran”a “casus” göndərməyəcək.
Bu barədə hər iki klubdan artıq məlumat əldə etmişik.
Digər bir məqam isə hər iki oyunun canlı yayımlanmasıdı.
