Ötən gün Avroliqanın I təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində səfərdə “Xəzər Lənkəran”ın heç-heçə, “Qarabağ”ın isə qələbə qazanması Azərbaycanı UEFA reytinqində bir pillə irəli salıb.
Korner.az-ın məlumatına görə, hər iki klubumuz ölkə reytinqinı 0.375 xal qazandırdılar. Bununlada hesabında 8.250 reytinq xalı olan Azərbaycan 53 ölkə arasında 31-ci pilləyə yüksəlib. Ölkəmiz bu dəfə Gürcüstanı qabaqlayıb.
Qazanılan 0,375 xalın 0.250-si “Metallurq”u məğlub edən “Qarabağ”ın, 0.125-sı isə Malta “Slima”sı ilə heç-heçə edən “Xəzər Lənkəran”ın payına düşür.
Klubların təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0.125 xal verir. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xal verir.
