“Xəzər Lənkəran” və komandanın çalışdırıcısı Oğuz Çətin Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Oğuz Çətin xorvatiyalı mütəxəssisə yeni vəzifəsində uğurlar və nailiyyətlər diləyib, onunla işbirliyinin milli komandaya və bütövlükdə Azərbaycan futboluna töhfə verəcəyinə əminiliyini bildirib.
Xatırladaq ki, AFFA dünən xorvatiyalı Robert Prosineçki ilə üç illik müqavilə imzalayıb.
