Nizam – İntizam komitəsinin növbəti iclası keçirilib.
Korner.az– ın AFFA-nın rəsmi saytın istinadən məlumatına görə, Emin Mediyev və Aleksandr Çertoqanov iki , Emin İmaməliyev isə qarşıdaki bir turu buraxmalı olacaqlar.
20 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının təxirə salınmış III turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5, “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
24 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt” – “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Emin Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
24 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” – “Rəvan” matçının 72-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1).
Oyunun 72-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi klub 3000 manat cərimə olunur (maddə 49).
Matçın 77-ci dəqiqəsində “Qəbələ” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
24 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının VI turunun “Simurq” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 89-cu dəqiqəsində “Kəpəz” klubunun 13 №-li futbolçusu Emin İmaməliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
