“Neftçi” ölkə çempionatları tarixində 400-cü qolu buraxıb.
Korner.az-ın məlumatına görə, Topaz Premyer Liqasının 12-ci turunda bakılıların qapısına qol vuran Etame Mbilla “ağ-qaralar”ı məyus edən yubiley qolunun müəllifi olub.
“Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbəyədək 600 çempionat qarşılaşmasında “Neftçi” 399 qol buraxmışdı.
Qeyd edək ki, paytaxt təmsilçisi 400 qol buraxdığı oyunlarda 1108 dəfə rəqib qapısına yol tapıb.
