“Rəvan” rəhbərliyi komandanı sevindirib.
Korner.az-ın məlumatına görə, rəhbərlik “Xəzər Lənkəran” üzərindəaki qələbəyə görə futbolçulara mükafat paylayıb. Lakin mükafatın məbləği açıqlanmır.
Qeyd edək ki, XXV turda “Xəzər Lənkəran”ı qəbul edən “Rəvan” matçın əvvəlində hesabda geri düşsə də, son dəqiqələrdə Miloş Adamoviçin vurduğu qol komandaya qələbə gətirib. Bu “sarı-qırmızılılar”ın ardıcıl ikinci qələbəsi olub. Belə ki, “Rəvan” XXIV turda AZAL-ı məğlub etmişdi.
