“Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının XI turunda bu gün “Sumqayıt”la qarşılaşacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, I dövrənin son turundakı rəqib indiyədək 2 dəfə cənub təmsilçisinin qarşısına çıxıb.
Hər 2 qarşılaşmada "Xəzər Lənkəran" qalib gəlib. Ötən mövsüm baş tutan matçlar Premyer Liqaya təsadüf edib. Həmin vaxt elitanın debütantı olan rəqib ilk matçda “Sumqayıt Şəhər”, 2-ci qarşılaşmada “Sumqayıt” adını daşıyıb. Lakin hər 2 matçda eyni sayda – 3 qol vurulub.
3 qolun vurulduğu matçların hər ikisində 3 xal qazanan "Xəzər Lənkəran"ın şərəfini bu oyunlarda 20 futbolçu qoruyub. Onlardan 7-si hər 2 matçda meydana çıxıb. Onlardan 4-ü əvəzolunmadan mübarizə aparıb.
Komandanın 5 qolunu 5 müxtəlif oyunçu vurub: Andrey Mureşan, Katalin Doman, Emeka Opara, Julius Vobay və Eder Bonfim.
