"Xəzər Lənkəran" üçün yazılan repə klip çəkiləcək.
Bu barədə Korner.az-a "BizimEra" prodakşnından göndərilmiş məlumatda bildirilir.
Xəbərdə qeyd edilir ki, məşhur reper Dassen və Anar Nağılbazın ifa etdiyi parça azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb. İndi isə mahnının klip çəkilişi planlaşdırılır. Klipdə "Xəzər Lənkəran"lı futbolçuların, həmçinin "Fırtına" və "Ultra Caspian" fanklublarının üzvlərinin çəkilməsi də nəzərdə tutulub.
