"Xəzər Lənkəran"ın Avropa Liqasındakı rəqibi "Nomme Kalyu" ciddi itki ilə üzləşib. Korner.az-ın məlumatına görə, Estoniya təmsilçisinin və hal-hazırda davam edən çempionatın bombardiri Tarmo Nezmelo zədələnərək sıradan çıxıb.
"Nomme Kalyu"nun heyətində 16 matça 9 qol vuran forvard ın daban əzələsi qırılıb. Həkimlə məsləhətləşəcək futbolçu təxminən 1 aylığa sıradan çıxdığını bildirib. Onun məşqçisi Fredo Qetulio Aurelio Tarmonun itkisini ciddi saysa da, üzülmür: “Biz vacib futbolçunu itirdik. Ancaq onu əvəzləyəcək futbolçumuz var”.
Qeyd edək ki, “Xəzər Lənkəran” Estoniya təmsilçisi ilə iyulun 5-də evdə, 10-da səfərdə oynayacaq.