Premyer Liqanın 18-ci turu çərçivəsində öz meydanında "Xəzər Lənkəran"lıa qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin aparıcı futbolçularından olan Maksim Medvedev zədələnib. Müdafiəçinin "ağ-yaşıllar"la qarşılaşmanı buraxacağı dəqiqləşib.
Bundan əlavə "Bakı" ilə oyunda qırmızı vərəqə alan Qara Qarayev "Xəzər Lənkəran"la oyunda "Qarabağ"a kömək edə bilməyəcək.
