Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə “Xəzər Lənkəran” yanvarın 13-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, 5 fevralda bitəcək hazırlıq dövründə cənub təmsilçisi bütün mövqelər üzrə bir sıra futbolçuları baxışdan keçirəcək.
Toplanış çərçivəsində “Xəzər Lənkəran” 5 yoxlama oyununda qüvvəsini sınayacaq.
“Xəzər Lənkəran” – “Rapid” (Moldova) 19 yanvar
“Xəzər Lənkəran” – “Krivbass” 22 yanvar
“Xəzər Lənkəran” – “Pribram” (Çexiya) 30 yanvar
26 yanvar və 2 fevral tarixlərində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər hələlik dəqiqləşməyib
