Avropa liqası

“Xəzər Lənkəran” üçün iki şad xəbər

25.07.2012 , 18:23

Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Xəzər Lənkəran"ı qəbul edəcək Polşanın "Lex" klubu oyunöncəsi 2 itki ilə üzləşib.

Korner.az-ın məlumatına görə, Poznan təmsilçisinin yarımmüdafiəçisi Lukas Tralka hələ də, komandasına köməkl edə bilməyəcək. Polşalı futbolçu "Qazaxıstan" Jetisu"su ilə oyunda əzələsini dartıb və sabahkı oyunda çıxış edə bilməyəcək. Digər zədələnən futbolçu isə Patrik Volskidi. Forvard son sınaq matçında Kiprin "Olimpiakos" klubu ilə oyunda zədələnib. Həkimlərin müayinəsindən sonra onun sabahkı "Xəzər Lənkəran"la oyunda meydana çıxıb-çxmayacağına aydınlıq gələcək



Son yazılar

Yuxarı