Bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq İsrailin “Makkabi” (Hayfa) klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Hayfa təmsilçisinin hücumçusu Dino Ndlovu zədələnərək sıradan çıxıb.
İsrail klubunun Cənubi Afrikadan olan futbolçusu 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə o deməkdir ki, 23 yaşlı hücumçu “Makkabi”yə istər bugünkü, istərsə də Lənkərandakı cavab matçında kömək edə bilməyəcək.
Qeyd edək ki, Ndlovu həm də Cənubi Afrika millisinin 3 dəfə şərəfini qoruyub. O, geridə qoyduğumuz mövsüm “Makkabi” forması ilə 19 oyunda 11 qol vurub.
Səxavət QURBANOV
