Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Slima” – “Xəzər Lənkəran” matçını idarə edəcək baş hakimin adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, 18 minlik "Ta Qalin" stadionunda keçiriləcək matç ıestoniyalı Erik Saara həvalə olunub. Yaxın günlərdə onun köməkçilərinin adı da məlum olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Slima” oyunu iyulun 11-də Lənkəranda keçiriləcək.