Gəncənin “Kəpəz” klubu ilə yoxlama oyununa hazırlaşan “Xəzər Lənkəran” dünən Lənkəranda iki dəfə məşq edib. Korner.az-ın məlumatına görə, bu gün komanda doğma şəhərdə daha bir məşq keçib.
Günorta saatlarında isə “Xəzər Lənkəran” Lənkəranı tərk edərək Bakıya gələcək. “Happy İnn” otelində məskunlaşacaq komanda sabah “AZAL Arena”da “Kəpəz”lə qarşılaşacaq. Oyun saat 17.30-da başlayacaq.
