Yanvar ayının 5-dən etibarən Türkiyənin Antalya şəhərində qış təlim məşq toplanışna start verən “Xəzər Lənkəran” bu gün keçirdiyi səhər məşqi ilə toplanışa yekun vurub.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda sabah səhər saatlarında məskunlaşdığı oteli tərk edərək Antalya-İstanbul-Bakı aviareysi ilə vətənə yola düşəcək.
Bakıda toplaşacaq Lənkəran təmsilçisi istirahət etmədən fevral ayının 1-də “Qarabağ” klubu ilə Topaz Premyer Liqa matçının hazırlığına start verəcək.
