“Xəzər Lənkəran” mövsümlər arası fasilə başlayan kimi transfer çalışmalarını sürətlə davam etdirir.
Korner.az-ın məlumatına görə, İlk olaraq daxili çempionatda çıxış edən səviyyəli və perspektivli futbolçuların transferi üzərində çalışan klub artıq iki transferi reallaşdırmışdı. Bu gün isə, Zohair Benouahidən sonra daha bir futbolçu “ağ-yaşıl” rənglərə bağlanıb. Azərbaycan millisinin üzvü, Zaqatalanın “Simurq”klubunun kapitanı Rasim Ramaldanov “Xəzər Lənkəran”la iki illik müqavilə imzalayıb.