Premyer Liqanın 23-cü turunda “Qəbələ” ilə oyundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün yenidən toplanır.
Korner.az-ın məlumatına görə, komanda Lənkəranda bir araya gələrək bu gündən növbəti turun “Bakı” ilə qarşılaşmasının hazırlığına başlayacaq.
Zədəli futbolçulardan Rasim Ramaldanov və Tural Cəlilovun müalicəsi davam edir və hər iki futbolçunun matç gününə qədər hazır duruma gələcəyi ehtimal olunur. Lənkəran təmsilçisi oyunöncəsi son məşqini fevralın 27-də keçirəcək.
