Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində "Rəvan" səfərdə "Xəzər Lənkəran"la qarşılaşdı və rəqibinə böyükhesabla (0:4) məğlub oldu.
Korner.az-ın məlumatına görə, "Rəvan"ın baş məşqçisi Kemal Alispahiç darmadağına belə şərh verib:
“Rəqib komandanı təbrik edirəm. “Xəzər Lənkəran” təcürbəli futbolçulardan qurulmuş komandadır. Yaratdığımız qol imkanlarından yararlana bilmədik. Çox qol buraxmağımız pis oldu. Son bir həftədə keçirdiyimiz oyunlarda komanda çox yorulub, səhvlərimiz çox idi. Bu, futbolur, hər şey ola bilər”.
